Su yumşaltma sistemləri haqqında əvvəlki yazılarımızda geniş şəkildə bəhs etmişik. Qısaca onu qeyd edə bilərik ki, su yumşaltma sistemləri suda codluğu aradan qaldıraraq ərpləşmənin qarşısını alan su təmizləmə cihazıdır. Ərpləşmənin qarşısını aldığından su ilə işləyən bütün texnikaları da qoruduğunu xüsusi vurğulamaq lazımdır.
Sizin üçün maraqlı ola bilər: Su yumşaltma sistemi nədir?
Sizin üçün maraqlı ola bilər: Məişət əşyalarını ərpdən necə qorumaq olar?
Bütün bunlarla yanaşı olaraq, su yumşaltma sistemi həm də qənaətcil insanların dostudur.
Yəni bir cihazla həm enerji, həm yuyucu toz, hətta sabun və şampun kimi vasitələrə necə qənaət etmək olar? Gəlin birlikdə baxaq.
Bilirik ki, yuyucu toz, sabun, şampun, qabyuyan maye vəs. kimi vasitələr suda həll olaraq köpüklənir. Bu köpüklənmə həmin maddənin effektivliyini təyin edir. Yaxşı köpük əldə olunmazsa, istənilən təmizliyə də çatmaq mümkün deyil. Amma su cod olduqda bu köpüklənmə prosesi istənilən kimi getmir. Ona görə də biz bu maddələrdən bir qədər də əlavə etməli oluruq.
Su yumşaltma sistemi vasitəsilə codluq yaradan ionlardan təmizlənmiş suda isə bunun əksini müşahidə edirik. Azacıq təmizləyici və yuyucu toz kimi maddələr yumşaq suda asanlıqla həll olur. Belə olduqda köpüklənmə daha asan baş verir. Təcrübələr göstərir ki, yumşaq suda istifadə olunan sabun, yuyucu toz, şampun, qabyuyan maye vəs. kimi maddələrin sərifyyatı adi cod su ilə müqayisədə təxminən 40%-ə qədər azalmış olur. Bu isə ay ərzində çox böyük məbləğə qənaət edilməsi anlamına gəlir.
Bəs enerji sərfiyyatı necə?
Kombi, ariston, isti döşəmə kimi avadanlıqlar da su ilə işlədiyindən ərpləşmə onların işinə mənfi təsir göstərir. Hətta cəmi 1 mm qalınlığında ərp təbəqəsi enerji sərfiyyatını düz 20% artırır. Yumşaq suda isə ərpləşmə olmadığından həm bu cihazların ömrü uzanır, həm effektivliyi artır, həm də əlavə enerji sərfiyyatında ciddi şəkildə fərq ortaya çıxır. Daimi şəkildə ərplərin təmizlənməsi üçün servis xərcləri də tamamilə sıfıra düşür.
Su yumşaltma sistemləri ilə tanış olmaq və ətraflı məlumat almaq üçün bu linkə keçid edin.
Su Yumşaltma Sistemlərinin Faydaları ilə isə bu videodan tanış ola bilərsiniz.