fbpx

Əlaqə məlumatları

Suyun təmizliyini necə yoxlamaq olar?

Suyun təmizliyini necə yoxlamaq olar?

Gün ərzində lazımi miqdarda su qəbul etmək hər bir canlıda olduğu kimi insan üçün də həyati əhəmiyyət kəsb edir. Bununla yanaşı olaraq suyun təmizliyinə də xüsusi diqqət ayırmaq lazımdır. Bir insan həyatı ərzində təxminən 35 ton su içir. Buna görə də onun keyfiyyətini yoxlamaq vacibdir.

Bəs ev şəraitində suyun təmizliyini necə yoxlaya bilərik?

Bunun bir neçə sadə qaydası var. Bu qaydaları sizinlə bölüşürük.

  1. Təmiz və şəffaf butulkaya su töküb, qapağını bağlayıb, qaranlıq mühitdə saxlayın.
    Bir neçə gündən sonra suda çöküntü, ərp, səthində nazik təbəqə əmələ gələrsə, deməli bu çirki sudur və tərkibində çox sayda ağır metal var.
  2. Suyu qaynadın, sonra onu alçaq odda bir müddət saxlayın, ardınca soyumasını gözləyin və suyu boşaldın. Suyun dibində əhəngli çöküntülərin olması onun çirkli olduğunu göstərir. Əgər əhəngin rəngi bozdursa, kalsiumun konsentrasiyası ilə, qəhvəyi və ya sarıdırsa, demək ki, dəmirlə örtülüb.
  3. Manqan məhlulu ilə də suyun içmək üçün yararlı olub olmadığını müəyyən etmək mümkündür. Bir stəkan suya bir qədər marqanis əlavə edin və nəticəni gözləyin. Su açıq-çəhrayı olmalıdır. Əgər həmin su sarı rəng alırsa, keyfiyyətsizdir, onu içmək olmaz. Üzvi maddələr dağılan zaman manqan məhlulu solğunlaşır.
  4. Suyunuzun təmizliyini yoxlamaq üçün təmiz bir güzgünün üzərinə bir damcı su tökün. Su buxarlandıqdan sonra əgər güzgüdə iz qalıbsa, deməli, bu su çirklidir.
  5. Təmiz su çirkli suya nisbətən çəkicə ağır olur. Xüsusi həssas tərəzinin köməyi ilə 2 nümunə çəkmək olar. Hər iki nümunəni eyni qabda sınaqdan keçirin.
  6. Bu test suyun codluğunu təyin etmək üçün istifadə olunur. Suya az miqdarda sabun əlavə edin. Əgər su yumşaqdırsa, o sürətlə əriyəcək və böyük miqdarda köpük yaranacaq. Su sərtdirsə, tamamilə əksi baş verəcək. Çünki suda olan kalsium və maqnezium ionları sabunun yaxşı köpüklənməsinə mane olur.
  7. Ən dəqiq və müasir üsul isə “Tdsmeter” adlanan cihazdan istifadə etməkdir. Bu cihaz suyun tərkibində olan bütün qarışıqların ümumi cəmini ölçmək üçün istifadə edilir. Əgər göstərici 0-60 dəyərləri arasında olarsa, bu, içməli su standartları ilə uyğunluq təşkil edir. 60-dan yuxarı dəyərlər isə suyun çirkli olduğunu göstərir.

Bir cavab yazın