fbpx

Əlaqə məlumatları

su içmək

Suyun Doğru Formada İçilməsi Necə Olmalıdır?

Su içməyin sağlam bir vərdiş olduğunu bilməyən yoxdur. Amma burada diqqət edilməli olan ikinci bir məsələ də var. Suyu doğru formada içmək. Dahi Nizami Gəncəvinin də dediyi kimi: “Artıq içiləndə dərd veri o da”. Burada bir haşiyə çıxaraq qeyd etmək istərdik ki, təkcə artıq yox, həm də səhv formada su içmək orqanizmimizə zərər verə bilər.

 

Bəs suyu doğru formada necə içməliyik?

 

  • Susadığınızda su için.

Əgər susuzluq hiss etmirsinizsə boş yerə su içib orqanizmi yükləməyin bir faydası yoxdur. Yəqin ki, müxtəlif bloq yazılarında bu fikirlərlə qarşılaşırsınız: “Gündə mütləq x litr su içməlisiniz”. Əslində isə nə qədər su içməli olduğunuz bədən çəkinizə, havanın temperaturuna və fiziki aktivliyinizə görə dəyişə bilər. Ona görə də susuzluq hiss etdiyiniz anda su içməklə kifayətlənsəniz daha yaxşı olar.

su içmək

 

  • Ən yaxşısı adi sudur.

Düşünə bilərsiniz ki, çay, qəhvə, meyvə şirələri və digər içkilərin də tərkibinin əsası sudur. Ancaq həmin içkilərin tərkibində eyni zamanda su qovucu xassəyə malik maddələr də var. Bu isə susuzluğunuzu aradan qaldırmaq əvəzinə, bədəninizdə susuzluq yaradacaq.

  • Tərlədiyiniz zaman su içməkdən çəkinməyin.

Bu mövzuda analarınızın sözünə qulaq asmaya da bilərsiniz. Tərləmək bədəndə su itkisinə səbəb olur. Təbii olaraq da bədəndə itirlmiş suyu ən qısa zamanda bərpa etmək lazımdır. Tərli vəziyyətdə çox da soyuq olmayan, təmiz və adi su içməyin heç bir zərəri yoxdur.

su içmək

  • Suyu oturaraq için.

Ayaq üstə su içərkən su qida borusundan böyük sürətlə keçir və birbaşa mədənin alt hissəsinə enir. Bu isə həzm sisteminə, mədəyə və böyrəklərə xəsarət ver bilər. Ona görə də su içərkən oturun və belinizi dik tut çalışın.

su içmək

 

  • Suyu temperaturuna diqqət edin.

Su içərkən onun temperaturunu hava şəraitinə uyğun olaraq nizamlamaq lazımdır. Heç bir halda buzlu və çox soyuq su içməməyə çalışın.

 

Daha çox bu cür faydalı məlumatlarla tanış olmaq istəyirsinizsə bu linkdən bütün bloqlarımıza nəzər yetirin.

Sizin üçün maraqlı olar bilər: Su içmək vərdişini necə yaratmaq olar?

Sizin üçün maraqlı olar bilər: Ev şəraitində suyu necə təmizləmək olar?

Sizin üçün maraqlı olar bilər: Su sifariş etmək, yoxsa su filtri almaq? – Hesablama.