fbpx

Əlaqə məlumatları

Su yumşaltma sistemi nədir?

Su yumşaltma sistemi nədir?

Evinizdə kranlar, duş, su qarışdırıcıları, kombi sistemi, paltaryuyan, qabyuyan maşınlar, ütü və digər su ilə çalışan sistemlər zamanla ərp səbəbindən xarab olur. Ərp suda lazımi miqdardan artıq olan Ca+ (kalsium) və Mg+ (maqnezium) ionlarının yığılmasından əmələ gəlir. Bu ionlar suyun sərtlik dərəcəsini müəyyən edir.

Bəs bunun qarşısını necə almaq olar?

Hal-hazırda buna qarşı ən effektiv yol su yumşaltma sistemləridir.

 

Su yumşaltma sistemi nədir?

Su yumşaltma sistemləri suda olan Ca+ (kalsium) və Mg+ (maqnezium) ionlarını lazımi aralıqda stabilləşdirdiyindən qalıcı ərpləşməni də önləmiş olur. Su yumşaltma sistemləri bir neçə fərqli növdə olur və günlük su istifadəsinə əsasən dəyişir. Həmçinin su yumşaldıcılar kabinli və kabinsiz olaraq da iki yerə ayrılır. Kabinli sistemlər digərinə nisbətən daha yığcam və istifadə zamanı daha erqonomikdir.

 

Su yumşaltma sistemləri necə işləyir?

Bu sistemlərin əsas işləmə prinsipi ion dəyişdirmə hadisəsinə əsaslanır. Belə ki, sistem daxilində yerləşdirilmiş reçin adlı maddə (ion dəyişdirmə qətranı) mənfi yüklü olur. Reçina sistemə daxil olan suyun tərkibindəki müsbət yüklü ionları öz üzərinə cəlb edir. Beləcə, su ərp yaradan bu ionlardan azad olur və yumşaq vəziyyətə gəlir.

 

Su yumşaltma sistemlərinə qulluq

Əvvəlki abzasda qeyd etdiyimiz kimi müsbət yüklü ionları özünə cəlb etmiş reçina artıq çirklənmiş hala gəlir. Belə olan halda o öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Ona görə də növbəti proses olaraq ion dəyişdirmə qətranı özünü təmizləməlidir. Bu zaman NaCl məhlulu köməyə çatır. Bu məhlul reçinanı müsbət yüklü ionlardan təmizləyir və onu kanalizasiya xəttinə ötürür.

Bütün bu proseslər sistemə quraşdırılmış və əvvəlcədən proqramlaşdırılmış beyin vasitəsilə avtomatik olaraq nizamlanır.

 

Su yumşaltma sisteminin faydaları nələrdir?

Codluğu yüksək olan sular ev və məişət avadanlıqlarını sıradan çıxartdığı kimi sağlamlığa da ciddi təsir göstərir. Saç tökülməsi, dəridə qızartı və quruluqlar, gözdə mirvari suyu kimi bir çox xəstəliklərin əsas səbəbi yüksək dərəcdə codluğa malik olan sudur. Yumşaq su ilə isə təbii olaraq bu problemlərdən sığortalanmaq mümkündür.

Yumşaq su enerji sərfiyyatını da azaltmağa qadirdir. Belə ki, ərpləşmiş məişət texnikaları stabil effektivliyini saxlamaq üçün iş zamanı daha çox enerjiyə ehtiyac duyur. Sübut olunmuşdur ki, 1 mm qalınlığında ərp təbəqəsi enerji sərfiyyatını 20-30% həcmində artırır.

 

Su yumşaltma sistemlərinə baxmaq və haqqında daha çox məlumat əldə etmək üçün bu linkə keçid edin.

 

Bir cavab yazın