fbpx

Əlaqə məlumatları

su temizleyici filterlerin deyişimi

Su Təmizləyicinin Filterləri Nə Vaxt Dəyişdirilməlidir?

Su təmizləmə filterlərinin ölkəmizdə geniş şəkildə yayılmasına baxmayaraq, hələ də filterlərin dəyişdirilməsi və cihaza düzgün texniki qulluq göstərilməsi məsələsi problem olaraq qalır. Əgər hər hansı istifadəçi və ya şirkətdən dəyişim vaxtlarını soruşsanız, alacağınız cavablar bir-birindən fərqli olacaq. Çünki su təmizləmə sistemlərində konkret dəyişim vaxtı kimi anlayış yoxdur. Bu müddət bir çox faktorlara görə dəyişir.

 

Su filterinin dəyişim vaxtlarına təsir göstərən faktorlar nələrdir?

 

  1. Su filterinin növü:

Filterlərin dəyişim vaxtı su filterinin növü (osmos, UV), cihazın markası, modeli və texniki kitabçasında qeyd olunan göstəricilər əsasən dəyişə bilər. Su təmizləmə sistemləri müxtəlif həcmli filtrlərlə təchiz olunur. Təbii ki daha böyük həcmli katriclər daha gec dəyişdirilə bilər.

 

  1. İstifadə olunan suyun miqdarı:

Ailənizin su istehlakı filtr dəyişdirmələrinin tezliyinə də təsir edir. Daha çox su istifadə edirsinizsə təbii olaraq da filtrləri daha tez-tez dəyişdirməlisiniz.

 

  1. Suyun keyfiyyəti:

Cihaza daxil olan suyun keyfiyyəti filterlərin dəyişdirilmə vaxtına əhəmiyyətli dərəcədə təsir göstərən əsas faktorlardan biridir. Hər bölgə və hər zonada suyun keyfiyyətində ciddi fərqlər olduğunu nəzərə alsaq, onda filtrlərin dəyişimini də buna əsasən nəzarətdə saxlamalıyıq.

 

  1. Dəyişilən filterlərin keyfiyyəti

Köhnə filtrləri orijinalları ilə əvəz etmək lazımdır. Məsələn, qurğunun öz üzərində gələn filtrlər 6 ay müddətində suyu təmizləyibsə, yeniləri də ən az 6 ay çalışmalıdır. Saxta filtrlər istifadə edirsinizsə, onları tez-tez yeniləməlisiniz.

 

Nəticə:

Su filterinin dəyişim vaxtını doğru təyin etmək üçün həm cihazın təlimat kitabçasına nəzər yetirmək, həm də mütəxəssislərdən məsləhət almaq lazımdır. Unutmayın ki, filtrin təxirə salınmadan dəyişdirilməsi sağlamlığınızı qorumaq və su təmizləyicinizin ömrünü uzatmağa kömək edir. Su filtrinin ehtiyat hissələrinə baxmaq üçün bu linkə keçid edin.

Sizin üçün maraqlı ola bilər: Su filtrlərinə qulluq necə olmalıdır?

Sizin üçün maraqlı ola bilər: Su filtrinin quraşdırılması necə olmalıdır?