Normal həyat fəaliyyətlərini icra etmək üçün hər kəs təmiz suya ehtiyac duyur. Kimisi bu ehtiyacını su filtrindən istifadə etməklə, kimisi isə su sifariş edərək qarşılayır. İstər su filtri, istərsə də qablaşdırılmış suların istifadə olunması ilə bağlı hər zaman müəyyən fikir ayrılıqları olmuşdur. Bundan əvvəlki yazılarımızda su filtrləri haqqında geniş məlumatlar vermişdik.
Bu dəfə isə daha fərqli mövzuya toxunacağıq.
Su sifariş etmək, yoxsa su filtri almaq? Hansı daha sərfəlidir?
Bunu təyin etmək üçün kiçik bir hesablama edəcəyik. Nəzərimizdə tutaq ki, 5 nəfərlik bir ailə var. Bu ailənin hər üzvü gündə ən az 2 litr su içməlidir.
5 nəfər x 2 litr = 10 litr/gün
10 litr x 365 gün = 3650 litr
Deməli, 5 nəfərlik bir ailənin il ərzində sadəcə içməli olduğu suyun miqdarı 3650 litr təşkil edir. Qablaşdırılmış suların ən böyük həcmli və sərfəlisi isə 19 litr olan növləridir. Bu məlumatları nəzərimizdə saxlayaraq hesablamamıza davam edək.
3650 litr / 19 litr ≈ 200 qab su
200 qab su x 3.5 AZN = 700 AZN
Gördüyünüz kimi bir ailə öz içməli su ehtiyacını qarşılamaq üçün qablarla su sifariş etmək istəsə, bunun üçün il ərzində təxminən 700 AZN-ə yaxın xərc çəkməli olacaq. Burada diqqət etmək lazımdır ki, bu yalnız içmək üçün ehtiyacımız olan suyun miqdarıdır. Bura çay və yemək hazırlamaq, həmçinin meyvə və tərəvəzlərin də yuyulmasını əlavə etsək xərc ən az iki dəfəyə qədər artacaq.
Bəs bu ailə su filtrindən istifadə edirsə? Gəlin, birgə hesablayaq.
Hal hazırda su filtri bazarında ortalama bir cihazın təxmini qiyməti 500 AZN civarındadır. Bu məhsulun istismar müddətləri isə 15 ilə qədərdir. Amma su filtri əldə etməklə iş bitmir. Müəyyən vaxtdan bir qurğunun filtrləri dəyişdirilməlidir. Su təmizləmə sistemlərinin əksəriyyəti 6 filtrli olduğunu fərz edərək bu sistemin bir il ərzindəki servis xərclərinə nəzər yetirək:
3 önləyici filtrlər – ildə iki dəfə – ümumi 80 AZN
Son karbon və mineral filtrlər – ildə bir dəfə – ümumi 35 AZN
Membran – iki ildən bir – 70 AZN (bir ildə ortalama 35 AZN edir)
Ümumi servis xərci ildə 150 AZN təşkil etdi.(Məhsulun növünə görə bu xərclər daha da az ola bilər) Su filterinin qiymətini də üzərinə əlavə etsək birinci il üçün xərcimiz 650 AZN civarında olacaqdır. Amma növbəti illərdə yalnız servis xidməti üçün pul ödənilmiş olacaq. Bu hər il ən az 500 AZN arası qənaətə gətirib çıxaracaq. Həm də nəzərə almaq lazımdır ki, bu sistemlər gündə ən az 150 litrə qədər suyu təmizləyə bilir.
Qablaşdırılmış suları sifariş etmək, daşımaq, suyun istənilməyən zamanlarda birdən bitməsi, arzu etdiyimiz zamanlarda gəlib çıxmaması və limitli istifadə imkanı da bu variantın əsas mənfi cəhətləridir. Bununla yanaşı olaraq, plastik qablar və onların təkrar-təkrar istifadə olunmasının bir çox zərərləri də hər kəsə məlumdur. Bu mövzuya isə növbəti yazılarımızda toxunacağıq.
Həmçinin bax: Mətbəx üçün su filtrləri
Həmçinin bax: Su filtrlərinə qulluq necə olmalıdır?