fbpx

Əlaqə məlumatları

su filtrlerinde nasazliq elamletleri

Su Filtrlərində Nasazlıq Əlamətləri Nələrdir?

Odla oynamaq təhlükəli olduğu kimi, elə su ilə oynamaq da ondan geri qalmır. Ona görə də su filtri istifadə edirsinizsə, diqqətli olmalısınız. Əgər su təmizləmə sistemləri haqqında kifayət qədər məlumata sahib deyilsinizsə, o, sizi istəmədiyiniz anda susuz qoya bilər. Ən pisi isə baxımsızlıqdan qəzaya səbəb ola bilər və alt mərtəbədəki qonşu ilə sizi üz-üzə qoyar.

 

Bu yazı sizi su filtri istifadə etməkdən çəkindirmək üçün deyil. Əksinə, sizi məlumatlandırmaq və bu məişət texnikasından doğru şəkildə istifadə edə bilməyiniz üçündür. Bu dəfə sizinlə su filtrlərində olan nasazlıqlardan və onların əlamətlərindən bəhs edəcəyik.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, su filtrində nasazlıq olarsa, bunu yarandığı anda aradan qaldırmaq lazımdır. Əks halda, istər cihaza dəyən ziyan, istərsə də digər fəsadlar arta bilər. Amma bəzən insanlar qurğunun nasaz olduğunu ilk baxışda təyin etməkdə çətinlik çəkirlər.

 

Bəs su filtrində nasazlıq əlamətləri nələrdir?

 

  • Qurğunun öz bak həcminə nisbətən daha az su verməsi. Əgər sizin su filtrinizdə 8 litrlik ehtiyat su çəni varsa, siz bir dəfəyə ən azı 6 litr su götürə bilməlisiniz. Əgər su bundan azdırsa, deməli cihazda nasazlıq var.
  • Su çənin çox gec dolması. Əgər su çəni cihazın pasportunda qeyd olunan və ya mütəxəssis tərəfindən bildirilən vaxtdan gec dolursa, bu nasazlıq əlamətidir.
  • Ümumiyyətlə su gəlməməsi və ya az gəlməsi. Ən geniş yayılmış nasazlıq məhz suyun az gəlməsi və ya ümumiyyətlə gəlməməsidir. Su nazik axıntı tipində və ya damcı-damcı gəlirsə, dərhal servislə əlaqə saxlamağınız lazımdır.
  • Su filtrinin yüksək səslə çalışması. Əgər sizi narahat edəcək həddə səs-küy varsa, bu da nasazlığın əlamətidir.
  • Cihazın durmadan çalışması. Su filtri öz çənini təmiz su ilə doldurduqdan dərhal sonra dayanmalıdır. Əgər qurğu dayanmadan işləyirsə, hər-hansı bir detalda problem olduğu dəqiqdir.
  • Tez-tez tutulan filtrlər. Cihazın filtrləri pasportda və ya mütəxəssis tərəfindən qeyd olunan vaxtlara qədər işləməlidir. Məsələn, əgər sizin su təmizləmə sisteminizin membranl üçün 24 ay vaxt qoyulubsa və ondan tez tutulursa, bu, cihazda ciddi problem olduğundan xəbər verir.

 

Təbii ki, bu problemlərlə hər kəs üzləşmir. Bəzən, keyfiyyətsiz məhsul, bəzən düzgün texniki qulluq göstərilməməsi, bəzən qurğudan yanlış istifadə, bəzən isə usta məsuliyyətsizliyindən su filtrlərində nasazlıq meydana gəlir.  Nasazlıq hiss etdiyiniz anda, dərhal məhsulu aldığınız şirkətlə əlaqə saxlamalı və operativ şəkildə servis dəstəyi tələb etməlisiniz.

 

Unutmayın ki, təmiz su evinizi məhv etmək üçün yox, sağlamlığınız üçündür!