fbpx

Əlaqə məlumatları

su filtri qurasdirmaq

Su filtrinin quraşdırılması necə olmalıdır?

Su filtrlərinin quraşdırılması cihazın növünə və istehsalçının təlimatlarına uyğun olaraq dəyişə bilər. Ancaq ümumi olaraq su filtrinin quraşdırılması üçün bəzi standart addımlar tətbiq olunmalıdır.

 

Su filtrinin quraşdırılması necə olmalıdır?

  1. Su təmizləmə filtrinin quraşdırılması üçün yer seçimi edilməlidir. Bu yerdə su girişi, cihazın yerləşməsi üçün kifayət qədər sahə və kanalizasiya xəttinə çıxışın olması mütləqdir. Mətbəx tipli su filtrləri üçün bu yer adətən mətbəx çanağının altıdır.

 

  1. Su filtrini quraşdırmaq üçün lazımi avadanlıqlar hazırlanmalıdır. Drel, vintaçan, açar, qoruyucu lent və iplər, həmçinin istehsalçının təlimatlarında yer alan digər avadanlıqlar işə başlamazdan öncə hazır olmalıdır.

 

  1. Qurğu quraşdırılacaq yerdə yerləşdirilir, su girişindən xətt ayrılaraq cihaza daxil olur. Eyni zamanda su filtri cihazının üzərindəki kran dəzgahın üst hissəsinə bərkidilir. Filtrlər yeni olduğu üçün ilk mərhələdə önləyici filtrlərə daxil olan su ilə onları yumaq və kanalizasiyaya boşaltmaq mütləqdir. Bu mərhələdə nəzərə almaq lazımdır ki, gələcəkdə qurğunu yerində bir qədər irəli çəkib üzərində işlər görmək mümkün olsun.

 

  1. Təmiz su çıxışı krana, çirkli su çıxışı isə kanalizasiya borusuna doğru formada montaj edilməlidir. Əgər quraşdırılan su filtri gidrofora malikdirsə onun adaptoru elektrik şəbəkəsinə qoşulmalıdır.

 

  1. Son olaraq bağlantıların, su girişi və çıxışının yoxlanılması lazımdır. Süni şəkildə qurğu daxilində təzyiq yaradaraq bunu test etmək mümkündür. Hər hansı sızma halı varsa bu öncədən təyin edilərək aradan qaldırılmalıdır ki, gələcəkdə daha böyük fəsadlara yol açmasın.

 

Həmçinin bax: Ev şəraitində suyu necə təmizləmək olar?

Həmçinin bax: Su filtri nədir?

Həmçinin bax: Məişət əşyalarını ərpdən necə qorumaq olar?