fbpx

Əlaqə məlumatları

Su filtri yoxsa su yumşaltma sistemi?

Təbiidir ki, hər kəs təmiz sudan istifadə etmək istəyir. İçmək, çay və yemək hazırlamaq, təmizlik işləri görmək vəs. kimi həyati əhəmiyyət daşıyan işləri icra etmək üçün suya ehtiyacımız var. Əgər su istədiyimiz qədər təmiz deyilsə, onda bizim su təmizləyici avadanlıqların köməyinə ehtiyacımız var.

Su təmizləmə sistemləri dedikdə bizi çox böyük məhsul formaları və çeşidləri qarşılayır. Fərdi yaşayış evlərində ən çox tətbiq olunan sistemlər isə su filtrləri və yumşaldıcılardır. Bəs biz hansını seçməliyik? Bu yazımızda bu sistemlərin funksiyası, fərqləri və üstünlükləri haqqında danışacağıq.

 

Su Filtri

Su filtri dedikdə ilk olaraq ağıla mətbəx dəzgahlarının altında quraşdırılan və Əks-osmos prinsipi işləyən təmizləmə sistemləri gəlir. Bu sistemlər suyun tərkibindəki həm gözlə görülə bilən, həm də gözlə görülə bilməyən çirkləndiriciləri və mikroorqanizməri təmizləyir. Bu su içmək, çay və yemək hazırlamaq, həmçinin meyvə və tərəvəzlərin yuyulması üçün ən ideal sudur.

Həmçinin bax: Su filtri nədir?

Su Yumşaltma Sistemi

Su yumşaltma sistemləri suyun tərkibindəki müsbət yüklü ionları aradan qaldırmaq üçün istifadə olunan sistemlərdir. Sistemlərin daxilində “reçina” adlanan maddə yerləşir və bu maddə ərp yaradan mineralları aradan qaldırır. Adətən ümumi su girişinə qoşulur. Bu sistemlərdən çıxan su qumsuz, ərpsiz və yumşaq olur. Beləliklə, evdə istifadə olunan və su ilə çalışan bütün avadanlıqlar (paltaryuyan, qabyuyan, kranlar, duşlar, istilik sistemləri vəs.) ərpdən qorunur. Həmçinin enerji, yumşaldıcı tozlar, yuyucu və təmizləyici vasitələrin sərfiyyatı da əhəmiyyətli dərəcədə azalmış olur.

Həmçinin bax: Su yumşaltma sistemi nədir?

 

Su filtri və Su Yumşaltma Sistemi Arasındakı Fərqlər

Bu cihazların arasındakı əsas fərq cihazların məqsədidir. Su yumşaltma sistemi suda olan kalsium və maqnezium ionlarını uzaqlaşdıraraq ərpsiz suyu təmin etməkdir. Su filtrləri isə həm ərp, həm xlor, həm də zərərli orqanizmlərin təmizlənməsini təmin edir və suyu tam içməli vəziyyətə gətirir.

İkinci fərq təmizləmə gücündədir. Ev tipli su filtrləri gündə ortalama olaraq 200 litr su təmizləyə bilirsə, eyni məqsədli yumşaltma sistemlərində bu rəqəm 10 tona qədərdir. Məhz ona görə də su filtri istifadə edərək evdə dövr edən bütün suyu içməli suya çevirmək qeyri-mümkündür. (Bunu yalnız sənayə tipli sistemlərin evlər üçün modifikasiya edilmiş formaları ilə təmin etmək olar.)

Həmçinin bax: Məişət əşyalarını ərpdən necə qorumaq olar?

 

Hansını Seçməliyik?

Əlbəttə ki, hər ikisinə sahib olmaq daha yaxşıdır. Həm içməli suyunuzun təmiz, həm də məişət avadanlıqlarınızın güvəndə olmasını istəyirsinizsə hər ikisini əldə etmək daha yaxşı seçimdir.

Lakin birini almaq fikrindəsinizsə, ilk olaraq ehtiyacınızı müəyyən etməlisiniz. Sizin bu anda ən böyük probleminiz nədir? Təmiz su içmək istəyirsiniz, yoxsa ərpdən azad olmaq istəyirsiniz? Bu suallara öz-özünüzdə cavab taparaq doğru seçim edə bilərsiniz.

Bu linkdən əlaqə formasını dolduraraq məhsullar haqqında məlumat və seçimlə bağlı peşəkar məsləhətlər ala bilərsiniz.

Həmçinin bax: Su filtrləri

Həmçinin bax: Su yumşaltma sistemləri