fbpx

Əlaqə məlumatları

Su filtri nədir?

Su filtri nədir?

Su insan üçün əvəzolunmaz həyat mənbəyidir. Susuz insan və susuz həyatı təsəvvür etmək qeyri-mümkündür. İkinci vacib məsələ isə bu suyun təmiz və istifadəyə yararlı olmasıdır. Fərqli ərazilər və fərqli şəraitlər səbəbindən suların təmizlik vəziyyəti də dəyişir. Burada isə suyun təmizlənməsi məsələsi diqqət mərkəzinə gəlir. Suyun təmizlənməsi üçün onun fitrasiyadan keçirilməsi mütləq hala gəlir. Bu halda su təmizləmə sistemləri köməyimizə çatır.

Bəs su filtri nədir və hansı növləri var?

Su filtri suyu təmizləmək, tərkibindəki çirkləndiriclərdən ayırmaq üçün istifadə olunan, mane funksiyasını yerinə yetirən texnoloji avadanlıqdır. Təyinatından asılı olaraq fərqli sahələrdə tətbiq oluna bilər. Su filtrlərinin evlər və restoranlar üçün içməli su filtrləri, sənaye sahələri üçün su təmizləmə sistemləri, hovuz filtrasiya sistemləri, mexaniki təmizləyicilər və s. kimi növləri var.

Mətbəx üçün içməli su filtrləri arasında ən geniş yayılmış növlər əks-osmos texnologiyası ilə çalışan sistemlərdir. Əks-osmos təbiət hadisələrinin əsasında yaradılmışdır və suyun daha seyrək mühitdən daha sıx mühitə keçməsi ilə tərkibindəki zərərli hissəciklərdən ayrılması ilə çalışır.

Əks-osmos elementindən (membran) başqa, bu tip su filtrlərində önləyici mexaniki filtrlər, dadlandırıcı, minerallaşdırıcı mərhələlər də yerləşdirilir. Su öncə mexaniki olaraq, daha membran səviyyəsində təmizlənir. Son olaraq öz mineral tərkibini lazımi qədər bərpa edir.

Su filtrləri haqqında çox sayda mənfi fikirlər yayılmışdır. Bilinənin əksinə olaraq bu tip sistemlərin mənfi xüsusiyyətləri haqqında ciddi hazırlanmış və sübut olunmuş bir faktor tapılmamaqdadır. Alıcıların sadəcə olaraq məhsul seçimində diqqətli olması kifayətdir.

 

Bir cavab yazın