fbpx

Əlaqə məlumatları

su filtri

Su filtri haqqında doğru bilinən yanlışlar

Su təmizləyici filtrlərin son illərdə çox geniş yayılması bu sistemlər haqqında mənfi və müsbət məlumatların yayılmasına gətirib çıxarıb. Bu məlumatların bəziləri həqiqətən doğru olsa da, eyni zamanda bir çoxu da, əslində, yanlışdır. Bəs su filtri haqqında ən geniş yayılmış və əslində doğru olmayan məlumatlar hansılardır? Bu yazımızda məhz bu mövzuya toxunmuşuq.

 

  1. Ölü su şübhəsi

İnsanlar filtrlənmiş suyun “ölü su” olduğunu və insan orqanizminə mənfi təsir göstərdiyinə inanır. Əslində isə əks-osmos texnologiyası ilə çalışan su təmizləyici sistemlərdə suyun kimyəvi tərkibinə heç bir müdaxilə olmadan, yalnız və yalnız fiziki proseslər həyata keçirilir. Su zərərli mikroorqanizmlərdən təmizlənir və insan orqanizmi üçün zərərli olan heç vəziyyət yaratmır. Mineral tərkibi isə standartlara uyğun səviyyədə bərpa olunur. Bunlar ənənəvi təmizləmə sistemlərinin müasirləşdirilmiş formasıdır.

 

  1. Suyu qaynatmadan içmək

Filtrlə təmizlənmiş suyu qaynatmadan içməyin riskli olduğu fərz edilir. Əslində isə su elə qaynadılmadan da rahat içilə bilsin deyə təmizlənir. Xlor və digər halogenli birləşmələr sudan ayrıldığını nəzərə alsaq suyu qaynatmadan da içməyin mümkün olduğunu söyləyə bilərik.Bütün virus və bakteriyalardan, ağır metallardan təmizlənmiş su çox yüngül olur və sağlamığa heç bir mənfi təsir göstərmir. Filtrlənmiş suyu qaynatmadan da içmək mümkündür və hətta qaynatmadan içmək daha məsləhətdir

 

  1. Uşaqlara filtr suyu vermək

Bir çox insanlar filtrlənmiş suyu azyaşlı uşaqlara verməkdə tərəddüd edir. Bəs həqiqətən də bu sular uşaqlar üçün təhlükəlidirmi? Əlbəttə ki, xeyr! Yetkin insanların təmiz və keyfiyyətli suya duyduğu ehtiyac uşaqlar üçün də eynidir. Bu suların uşaq orqanizminə hər hansı mənfi təsiri barədə heç bir sübut, elmi əsaslı fikir yürüdülməmişdir.
Filtr suyunun uşaqlar üçün təhlükəsiz olduğunu həm rəsmi məlumatlar, araşdırmalar, həm də öz təcrübəmizə əsasan deyə bilərik.

 

  1. Su sərfiyyatının çox olması

Su təmizləyici filtrlərin çoxlu su sərf etməsi və israfa yol açması haqqında da düşüncələr var. Əslində isə su filtrində hər hansı bir nasazlıq varsa və ya su həddindən artıq çirkli olarsa su israfı yarana bilər. Tam saz bir cihazın normal şərtlərdə su sərfiyyatı təxminən 60/40 nisbətində olur. Yəni 6 litr təmiz suyun əldə olunması üçün təxminən 10 litr su sərf olunur.

 

Su filtrləri haqqında daha geniş məlumat almaq istəyirsinizsə bu linkə keçid edərək əlaqə formasını doldurun.

 

Həmçinin bax: Su filtri nədir?

Həmçinin bax: Su filtri modelləri