fbpx

Əlaqə məlumatları

su filtri alarkən nələrə diqqət etməliyik

Su Filtri Alarkən Nələrə Diqqət Etməliyik? 5 İpucu

Su filtri dediyimiz avadanlıq əslində çox geniş bir sahəni əhatə edir. Hal-hazırda ən çox tələbin olduğu məhsullar isə ev tipli içməli su filtrləridir. Təbii olaraq tələb artdıqca, təklif və məhsul çeşidləri də artmağa davam edir. Bu qədər geniş çeşidlər arasında doğru olanı seçmək üçün kiçik və işinizə yarayacaq ipucularını sizinlə bölüşürük.

Su Filtri Alarkən Nələrə Diqqət Etməliyik? 5 Vacib İpucu!

 

  1. İşin başladığı yer – suyun mənbəyi nədir?

Su filtri kənardan su gətirmir. O sizin mövcud suyunuzu təmizləyir. Ona görə də öncə su mənbəyinizi təyin etməli və ona uyğun məhsul əldə etməlisiniz. Məsələn, şəbəkə suları, quyu suları və çay sularının hər birinin daxilində fərqli çirkləndiricilər var. Belə olan halda şəbəkə suyu üçün nəzərdə tutulmuş su filtri quyu suyunda eyni effekti verməyəcək. Satıcıya suyunuzun mənbəyini bildirin, ehtiyac varsa sudan nümunə verərək test edilməsini istəyin.

mətbəx üçün su filtri seçimi

  1. Problem və ehtiyac – məqsəd nədir?

Suyunuzdakı hansı problem sizi daha çox narahat edir? Əldə edəcəyiniz su filtri bu problemləri həll edirmi? Bu sualları həm özünüzə, həm də satıcı tərəfə ünvanlamaqla doğru seçim etmək üçün əmin bir addım atmış olacaqsınız? Həmçinin, ehtiyac duyduğunuz təmizlik səviyyəsi və su həcmi də sizi qane etməlidir.

 

  1. Məhsulun mənşəyi – kim istehsal edir?

Tutaq ki, yuxarıda sadaladığımız bütün addımları icra etdiniz və ehtiyacınız olan su filtrini dəqiqləşdirdiniz. Ən vacib məqamlardan biri də məhz burada başlayır. Məhsulun istehsalçısı, istehsalçının rəsmi vebsaytı və ya sənədləri, məhsulun texniki xüsusiyyətləri, istifadəsində göstərişlər vəs. kimi məlumatlara diqqət etmək mütləqdir.su filtri seçimi

 

  1. Satıcının güvənliliyi – kimdən alırıq?

İstehsalçı və məhsula güvənməklə iş bitmir. Nəzərə alsaq ki, bütün su filtrləri xarici ölkələrdən gəlir, deməli, siz məhsulu yerli bir şirkətdən alacaqsınız. Onun quraşdırılması, problem yarandıqda dərhar aradan qaldırılması və gələcək servis xidməti də həmin şirkət tərəfindən yerinə yetirilməlidir. Ona görə də su filtrini aldığınız şirkətin fəaliyyətinin qanuni olmasından, peşəkarlığından və güvənliyindən əmin olmalısınız.

 

  1. Servis xidməti – xərcimiz nə qədər olacaq?

Bilirsiniz ki, su filtrləri suyu təmizlədikcə həmin çirkləndiriciləri də öz üzərində toplayır. Bu isə o deməkdir ki, cihazın  filtrləri müəyyən müddət və ya istifadə həcmindən sonra yenilənməlidir. Belə olan halda siz bu xidmət üçün də müəyyən qədər məbləğ ödəməlisiniz ki, daim təmiz sudan istifadə edə biləsiniz. Ona görə də su filtri seçimində onun ehtiyat hissələrinin hansı vaxt aralığında dəyişməli olduğunuzu, bunun üçün nə qədər xərcinizin olacağını dəqiqləşdirməlisiniz. Fərqli cihazlarda dəyişim müddəti, ehtiyat hissələrinin qiyməti və dözümlülüyü də fərqli olur.

su filtri servisi

 

Su filtri alarkən bu məlumatlarla yanaşı, peşəkar dəstək almaq da seçiminizin doğru olması üçün çox vacibdir. Məsləhət almaq da pulla deyil ki. Bu linkə əlaqə formasını dolduraraq işin peşəkarından ödənişsiz konsultasiya ala bilərsiniz.

 

Sizin üçün maraqlı ola bilər: Su sifariş etmək, yoxsa su filtri almaq? Hansı daha sərfəlidir?

Sizin üçün maraqlı ola bilər: Su filtri nədir?

Sizin üçün maraqlı ola bilər: Su filtri haqqında doğru bilinən yanlışlar.