fbpx

Əlaqə məlumatları

su filterinin qiymeti

Su filteri qiymətləri nəyə görə dəyişir?

Son illər su filtrlərinə yaranmış böyük tələb seçimlərin çox və müxtəlif olmasına təsir göstərir. Fərqli çeşidlər, fərqli özəlliklər və fərqli qiymətlər yaranmaqda davam edir.

 

Bəs su filteri qiymeti nəyə görə dəyişir?

su filterlerinin qiymetleri

Bütün digər məhsullarda olduğu kimi su filterinin də qiyməti, əsasən, keyfiyyət göstəricilərinə və brendlərə görə dəyişir. Qiymətə təsir göstərən əsas parametrləri sizin üçün seçdik.

  1. İstehsalçı. Su filteri sahəsində bir çox istehsalçılar var. Bəzi markalar daha böyük təcrübə və daha geniş imkanlara malik olduğundan onların bazara çıxardığı məhsullar da qiymət baxımından fərqlənir. Bunlara misal olaraq “Ortimax”, “Herbalife” və “Esli” kimi markaları göstərmək olar.
  2. Sertifikatlaşdırılma. Su filteri birbaşa insan sağlamlığına təsir etmə gücünə malik olduğundan müvafiq sertifikatlarla təmin edilməlidir. Bu baxımdan tələblərə tam cavab verən məhsullar digərlərinə nisbətən daha yuxarı qiymətlərə təklif olunur.
  3. Funksional göstəricilər. Su filterləri mərhələ sayı, su təmizləmə gücü, membranın növü, filtrlərin tərkibi, çən və kranın materialı, mineral filtrin növü, smart xüsusiyyətlər və digər detallarına görə fərqlənir. Təbii olaraq bu da qiymət fərqinə gətirib çıxarır.
  4. Şirkət. Bəzi hallarda eyni məhsul bir neçə satıcı şirkət arasında fərqli qiymətlərlə təklif olunur. Bunun səbəbi isə satıcının şirkət və ya fərdi satıcı olması, gələcək servis zəmanəti, hüquqi öhdəliklər vəs.faktorlardır.

 

Son olaraq seçim etmək istəyən alıcılara bir məsləhətimiz var. Qiymət faktorunu nəzərə almazdan öncə ehtiyacınızı doğru müəyyən edin. Ona uyğun su filterini seçin, keyfiyyət və güvən göstəricilərinə diqqət yetirin. Son olaraq məhsulu əldə etdiyiniz satıcının etibarlı və operativ xidmət göstərdiyindən əmin olun.

Həmçinin bax: Su filteri alarkən nələrə diqqət etməliyik?-5 ipucu

Həmçinin bax: Su filtri nədir?

Həmçinin bax: Su təmizləyicinin filterləri nə vaxt dəyişdirilməlidir?

Həmçinin bax: Su filtri çeşidləri