fbpx

Əlaqə məlumatları

su filtri qurasdirilmasi

Evinizi və sağlamlığınızı ərpdən qoruyun.

Su yumşaltma sistemləri codluğu yüksək olan və bu səbəbdən ərpləşməyə gətirib çıxaran sularda istifadə olunur. Yumşaltma sistemi həcminə görə müxtəlif ölçülü, kabinli və kabinsiz olur. Bu sistemlər həm evlər, həm də istehsalat sahələri üçün tətbiq oluna bilər. Təyinatından asılı olaraq önləyici mexaniki filtrlərlə, qum və aktiv karbon filtrləriyə birlikdə tətbiq edilməsi mümkündür.

Su yumşaltma sistemlərinin iş prinsipi ion dəyişdirmə üsulu ilə suda ərp yaradan ionları aradan qaldırmaqdır. İon mübadiləsi qətranı və ya digər adı ilə reçina adlanan maddə mənfi yükləri sayəsində sudakı müsbət yüklü ionları öz üzərinə çəkir.

Bir müddət bu formada işləyən reçinanın üzəri çirkləndiyindən ikinci proses başlayır. NaCl məhlulu vasitəsilə üzərindəki çirkləndirici elementləri təmizləyir və kanalizasiya xəttinə göndərir. Proses proqramlaşdırıla bilən başlıq sistemi vasitəsilə avtomatik idarə olunur və insan müdaxiləsinə gərək qalmır.
Yumşaltma sistemləri su ilə işləyən bütün məişət texnikalarını ərpə görə xarab olmasının qarşısını alır və uzunömürlülüyünü təmin edir. Digər üstünlüyü isə cod suda zəif həll olan şampun, sabun, yuyucu toz kimi maddələrin sərfiyyatını azaltmasıdır. Həmçinin elektrik enerjisinin də sərfiyyatında qənaətə səbəb olur, istilik sisteminin effektivliyinin artmasında rol oynayır.

Təklif etdiyimiz su yumşaltma sistemləri yalnız tanınmış və etibarlı istehsalçılara məxsus, rəsmi sertifikatlara, müsbət laborator analiz nəticələrinə malik məhsullardır. Quraşdırılma və gələcək servis xidməti isə peşəkar işçi heyəti tərəfindən həyata keçirilir.