Evlərdə olduğu kimi ofis və iaşə obyektlərində də təmiz suya ehtiyac var. Xəstəxanalar, idarələr, ofislər, məktəb və bağçalarda işçi heyətin, qonaqların və ya müştərilərin təmiz su ehtiyaclarını qarşılamaq üçün bir neçə həll yolu mümkündür. Bu həll yolları ehtiyac olan suyun həcminə, quraşdırılacaq şəraitə görə dəyişir.
Ofis və iaşə obyektlərini təmiz su ilə təmin etmək üçün ev tipli, restoran tipli, modifikasiyalı su filtri, ümumi xətt üçün ‘Əks-smos’ sistemi, su təmizləmə dispenseri kimi variantları həyata keçirmək mümkündür.
Ofislər üçün içməli su təminatında ən geniş yayılmış üsul su təmizləmə dispenseridir. Bu dispenserlər suyu Əks-osmos texnologiyası ilə təmizləməklə yanaşı, suyu həm soyuq, həm də isti formaya salmaq funksiyasına malikdir. Hər iki formada suyu saxlamaq üçün ayrıca ehtiyat baklarla təmin olunur.
Təklif etdiyimiz su təmizləmə sistemləri tanınmış və etibarlı istehsalçılara məxsus, rəsmi sertifikatlara, müsbət laborator analiz nəticələrinə malik məhsullardır. Quraşdırılma və gələcək servis xidməti isə peşəkar işçi heyəti tərəfindən həyata keçirilir.