Kafe, restoran, lounge kimi məkanlarda müştərilərə keyfiyyətli xidmət göstərmək üçün təmiz sudan istifadə mütləqdir. Su ilə çalışan avadanlıqların uzunömürlü olmasından əlavə, təamların ləzzəti birbaşa suyun keyfiyyətindən asılıdır.
Restoranlar üçün su təmizləmə sistemləri dedikdə böyük həcmli membranlarla və ya bir neçə membranla təchiz olunmuş Əks-osmos sistemləri nəzərdə tutulur.
Bu sistemlər gündəlik daha çox su təmizləmək gücünə malik olur. Sistemlərin təyin olunması və uyğunlaşdırılması üçün günlük su sərfiyyatı nəzərə alınır.
Qurğular restoranın mətbəxindən əlavə olaraq kofe maşını və buz aparatı üçün də ayrıca tətbiq oluna bilər. Şirkətimiz kafe və restoranlar üçün beynəlxalq standartlara uyğun su təmizləmə sistemləri, ehtiyat hissələrini tədarük edir və texniki servis xidmətlərini göstərir.