fbpx

Əlaqə məlumatları

su filtri qurasdirilmasi

İçməli suyunuzu evinizdə özünüz istehsal edin.

Fərdi evlər üçün içməli su fitrlərinin bir neçə növü mövcuddur. Bunlar arasında ən geniş yayılmışı Əks-osmos(Reverse-Osmosis) texnologiyası ilə işləyən sistemlərdir.

Ev tipli içməli su filtrlərinin əsasən 5 və 6 filtrli növləri daha geniş yayılmışdır. Bu filtrlərdən 3-ü önləyici funksiyanı yerinə yetirir və suyun mexaniki olaraq təmizlənməsini təmin edir. 3 önləyici filtr sediment, xırdalanmış aktiv karbon, preslənmiş aktiv karbondan ibarətdir. 5-ci və 6-cı mərhələlər isə bərpa və minerallaşdırıcı funksiyaları yerinə yetirir.

Bu qurğular suyu ilk öncə mexaniki olaraq; – qum, palçıq, digər iri maddələr, həmçinin xlor və xlor birləşmələrini sudan ayırır.

Sistemin əsas hissəsi Əks-osmos elementi olan membran isə suyu çox kiçik gözənəklərdən keçirərək tərkibindəki zərərli mikrorqanizmləri, ağır metalları və kimyəvi tullantıları aradan qaldırır.

Təmizləmə sistemi mətbəx vannasının altında (xüsusi hallarda başqa yerlərdə də mümkündür) şəbəkədən xətt ayrılaraq quraşdırılır. Xətdən gələn su qurğuya daxil olur, təmizlənir, ehtiyat çənə toplanır. Mətbəxin üzərində quraşdırılmış filtr kranını açan zaman təmiz su bakdan krana gəlir. Çirkli su şlanqı isə kanalizasiya xəttinə birləşdirilir.

Bu tipli su təmizləmə sistemləri növündən asılı olaraq gün ərzində 150-250 litr su təmizləmə gücünə malikdir.

Təklif etdiyimiz mətbəx üçün içməli su filtrləri yalnız tanınmış və etibarlı istehsalçılara məxsus, rəsmi sertifikatlara, müsbət laborator analiz nəticələrinə malik məhsullardır. Filtr qurğularımız həm istehsalçı ölkənin, həm də yerli orqanların uyğunluq və gigiyenik sertifikatları ila təsdiq edilmişdir.