Xoş istirahət və əyləncə üçün ən yaxşı yollardan biri mükəmməl hovuza sahib olmaqdır. Hovuzlar fərdi yaşayış yerləri üçün və ya istirahət məkanları üçün nəzərdə tutulur.
Hovuzun əsas elementi su olduğundan filtrləmə sisteminin də quraşdırılması, təmiz suyun təmin edilməsi ən vacib mərhələdir. Adətən ayrıca filtrxana tikilir və sistem həmin yerdə quraşdırılır. Xüsusi hallarda yerüstü filtrasiya sistemlərinin də tətbiq edilməsi mümkündür.
Hovuz suyunun sağlam və təmiz olmasının ilk şərti hovuzun kimyəvi tarazlığını təmin etməkdir. Hovuz sularının sağlam və tarazlıqda qalması üçün vaxtaşırı baxım edilməli və insan sağlamlığına zərər verməyən kimyəvi maddələr əlavə edilməlidir.
Əsas hovuz təmizləyici vasitələr bunlardır; tablet xlor (TC200), PR toz Ph(-) düşürdücü, toz xlor (GC 90%), konsantre yosun önləyici lak, çökdürücü maye.
“İCEBERG AQUA” MMC qapalı və açıq tipli hovuzların tikintisi, təmiri və təmizlənməsini tam peşəkar şəkildə həyata keçirir. Həmçinin filtrləmə sistemləri, təmizləmə vasitələri və texniki servis xidmətləri də əlçatandır. Şirkətimiz eləcə də hər növ qapalı və açıq hovuzlar, par otağı, türk hamamı, fin saunasının tam keyfiyyətli şəkildə hazırlanıb, təhvil verilməsi üzrə ixtisaslaşmışdır.