fbpx

Əlaqə məlumatları

senaye su temizleme sistemleri

Sənaye Su Təmizləmə Sistemləri Nələrdir? – Növləri və Funksiyaları

Demək olar ki, bütün sənaye sahələrində su əvəzolunmazdır. Sadəcə suyun olması da bəzən kifayət etməyə bilər. Bu suyun təmiz və istifadəyə yararlı olması üçün onun müxtəlif təmizlənmə proseslərindən keçirilməsi lazım olur. Bu anda köməyə sənaye tipli su təmizləmə sistemləri çatır.

 

Bəs sənaye tipli su təmizləmə sistemləri nələrdir?

 

Bu yazımızda sənaye tipli su təmizləmə sistemlərinin növlərindən, funksiyalarından və istifadə yerlərindən bəhs edəcəyik. Öncə tərif olaraq qeyd edək ki, sənaye tipli su təmizləmə sistemləri sənaye sahələrində istifadə olunan suyun prosesin və ya avadanlıqların tələblərinə uyğunlaşdırılmasını (təmizlənməsi, deionizasiyası, ultrafiltrasiyası vəs.) təmin edən cihazlar toplusdur.

 

Ən geniş yayılmış su təmizləmə növləri bunlardır:

 

Əks Osmos (RO) Sistemləri

Əks osmos suyu yüksək təzyiq altında membranın gözənəklərindən keçirərək təmizləyən bir prosesdir. RO sistemləri müxtəlif tipli membran texnologiyaları ilə suyu ağır metallardan, iri çirkləndiricilərdən və qeyri-üzvi çirkləndiricilərdən təmizləyir. Bu sistemlər əsasən içməli su istehsalında və çirkab suların təmizlənməsində geniş şəkildə istifadə olunur.

 

İon Mübadilə Sistemləri(Su Yumşaltma)

Suyu müxtəlif ionlardan təmizləmək üçün ion mübadiləsi sistemləri istifadə olunur. Su xüsusi qətranlarla(reçina) doldurulmuş balonlardan keçirilir və qətranlar suyun tərkibindəki ionları çıxarır. Bu sistemlər daha çox sənaye suyunun yumşaldılması, deionizasiya və müxtəlif kimyəvi proseslərdə istifadə olunur.

 

Ultrafiltrasiya (UF) Sistemləri

Ultrafiltrasiya sudan mikrob, virus kimi çirkləndiricilərini, hissəcikləri və kolloidləri çıxaran bir prosesdir. Bu sistemlər mikroməsaməli membranlar vasitəsilə suyu süzərək çirkləndirici komponentləri aradan qaldırır. UF sistemləri əsasən içməli suyun təmizlənməsində, qida və içki sənayesində istifadə olunur.

 

Elektrodeionizasiya (EDI) Sistemləri

Elektrodeionizasiya ion mübadiləsi və elektrokimyəvi prosesin birləşdirilməsi ilə ərsəyə gələn texnologiyadır. Bu sistemlər ion dəyişdirici qətranları regenerativ elektroddan keçirərək suyu deionlaşdırır. EDI sistemləri elektronika istehsalı müəssisələrində istifadə olunan təmiz su təmin etmək üçün istifadə olunur.

 

Aktivləşdirilmiş Karbon Filtr Sistemləri

Aktivləşdirilmiş karbon filtr sistemləri suyu üzvi və xlorlu komponentlərdən təmizləmək üçün istifadə olunur. Aktivləşdirilmiş karbon xüsusi proseslərdən keçmiş məsaməli materialdır və suyu adsorbsiya edərək çirkləndiriciləri təmizləyir. Bu sistemlərə əsasən içməli suyun təmizlənməsi və kimyəvi proseslərdə üstünlük verilir.

 

Bu sistemlərin layihələndirilməsi və quraşdırılması isə müəssisənin tələblərinə görə dəyişə bilər. Sistemlər haqqında daha geniş informasiya almaq və təkliflərlə tanış olmaq üçün bu linkdən keçid edərək əlaqə formasını doldurun.