Yuyula bilən mexaniki filtr suda qum, lil və pas hissəciklərini təmizləmək üçün önləyici filtrdir. Şəffaf korpus və latun qapağa malikdir. Mənzillərə daxil olan suyun ilkin təmizlənməsi üçün ideal seçimdir. Paylayıcı boru kəmərləri şəbəkəsində və quyu sularının bulanıqlıq problemini həll etmək üçün də istifadə olunur.
Mexaniki filtrin əsas üstünlüyü yuyla bilməsidir. Filtr çirkləndikdən sonra onu suyun təzyiqi ilə təmizləmək və yenidən istifadə etmək mümkündür. Bunun üçün xüsusi kran da nəzərdə tutulub.
Su mənbəyi | Şəbəkə suyu |
---|---|
Uyğun təzyiq | 1 bar – 8 bar |
Filtrləmə incəliyi | 90 mikron |
İşləmə temperaturu | 5-45 dərəcə °C |
Ölçülər | 24x14x9 sm |
İstehsalçı | İtaliya |
Zəmanət | 12 (on iki) ay |
İstismar | 10 il |