fbpx

Əlaqə məlumatları

Məişət əşyalarını ərpdən necə qorumaq olar?

Məişət əşyaları artıq həyatımızın ayrılmaz parçalarına çevrilib. Çaydan, samovar, ütü, paltaryuyan və qabyuyan maşın kimi əşyalar isə su ilə çalışan məişət texnikalarıdır. Bura istilik sistemlərini, su qızdırıcılarını, kranlar, duşlar vəs. digərlərini də əlavə etmək mümkündür. Suyun lazımından çox codluğa malik olması isə bu texnikaların sonunu gətirir. Çünki suda həddindən artıq olan müsbət yüklü ionlar qalıcı ərpləşməyə səbəb olur. Bu ərp yığıntısı isə avadanlığın effektivliyini azaldır, əlavə enerji sərfiyyatına səbəb olur və sonda onu tam sıradan çıxarır.

Bəs ərpi necə təmizləmək olar və ya ümumiyyətlə bundan necə qorunmaq olar?

Məsələn, çaydanı təmizləmək üçün sirkə, soda, limon duzu ilə məhlullar hazırlayıb qaynatmaq olar. Beləcə çaydan ərpdən təmizlənmiş olur. Yenidən ərp yarandıqda isə prosesi mütəmadi olaraq təkrarlamaq lazımdır.

Paltaryuyan maşın üçün də ən effektiv üsul limon duzudur. Limon duzunu maşının yuyucu toz hissəsinə tökün və maşını ən uzun yuyulma vaxtına, ən yüksək temperaturda tənzimləyin. Limon turşusu ərpi ideal şəkildə içəridən təmizləyəcəkdir.

Bu üsullarla kiçik məişət texnikalarını mütəmadi olaraq təmizləmək mümkün olsa da prosesi bütün avadanlıqlarda həyata keçirmək mümkün deyil. Bunun üçün önləyici tədbirlər görülməsi mütləqdir. Yəni, ümumiyyətlə ərpin yaranmasını önləmək lazımdır.

Suyun codluğunu ideal səviyyədə stabilləşdirməklə ərp yaranmasının qarşısını almaq olar. Bunun üçün müvafiq su yumşaldıcı sistemlərdən istifadə olunur. Su yumşaltma sistemləri əsasən ümumi su xəttinə qoşulur, suda ərp yaradan ionları aradan qaldırır, suyu yumşaq və yüngül vəziyyətə gətirir.

Yumşaq su avadanlıqların ərpləşməsinin qarşısını alır, onların iş effektivliyini artırır, enerjiyə qənaət etməyə kömək edir. Həmçinin bu texnikaları sıradan çıxmaqdan qoruyur və uzunömürlü olmasını təmin edir. Nəzərə alsaq ki, məişət avadanlıqlarının qiyməti heç də ucuz deyil, hər dəfə yenisini almaqdansa onları qorumaq daha yaxşı seçimdir.

 

Su yumşaltma sisteminin nə olduğu və necə çalışdığı haqqında ətraflı məlumarı bu linklərdən keçid edərək öyrənə bilərsiniz.

Həmçinin bax: Su yumşaltma sistemi nədir?

Həmçinin bax: Su yumşaltma sistemləri və növləri.

 

Bir cavab yazın