TDS meter cihazı suyun daxilində həll olmuş qatı maddələrin ümumi miqdarını göstərən cihazdır. TDS-in (ingiliscə: Total Dissolved Solids – Həll Olmuş Bərk Maddələr Cəmi) ölçü vahidi ppm-dir. hər hansı bir qarışıqdakı maddənin ümumi miqdarının milyonda 1 hissəsi 1 PPM(ingiliscə: parts per million – milyonda hissə) adlanır.
TDS meterlə suyu yoxlamaq üçün cihazı işlək vəziyyətə gətirib, metal ucluqlar olan hissəsini suyun içərisinə daxil etmək lazımdır. Ekranda görünən rəqəm suyun tərkibində həll olmuş maddələrin miqdarını təyin etməyə imkan verir. 1 ppm 1 litr suda neçə milliqram həll olmuş maddə olduğunu göstərir.
İçməli sular üçün tövsiyə olunan ppm dəyəri 0-60 aralığıdır.