PH meter cihazı məhlullarda turşu qələvi nisbətini yoxlamaq üçün istifadə olunur. PH meter məhlulun turşu, qələvi və ya neytral olmasını müəyyən edir.
Məhlulların turşuluğu və qələviliyi 0 ilə 14 arasındakı dəyərlərdən birinə uyğun gələn səviyyədə ölçülür. PH metr cihazı elektrodla qəbul etdiyi elektrik siqnalının dəyərini PH vahidinə çevirərək potensiometrik ölçü təmin edir.
PH 7 neytral hesab edilir. İçməli sular üçün PH dəyəri 6.5-8.5 olmalıdır. Bundan aşağı dəyər turşuluğu çox, yuxarı isə qələvi su kimi qəbul olunur.