İon mübadiləsi qətranı(reçina) maddəsi su yumşaltma sistemlərinin ən vacib elementi hesab olunur. Reçina maddəsi su yumşaltma sistemlərinin balonlarının içərisində yerləşir. İon əvəzləyici qətran suda codluğa səbəb olan müsbət yüklü ionları öz üzərində toplayır.
İon mübadiləsi qətranı ən çox sənaye sahələrində suyun yumşaldılması, hidrometallurgiyada rəngli və nadir metalların ayrılması, qalıq və çirkab suların təmizlənməsi kimi işlərdə geniş şəkildə istifadə olunur.