fbpx

Əlaqə məlumatları

img

Çökdürücü maye

(0)
15.00 

Çökdürücü maye hovuz filtrinin təmizləyə bilmədiyi, bir yerə yığılıb hovuzun dibinə çökə bilməyən, çox kiçik hissəcikləri aradan qaldıran kimyəvi maddədir. Çökdürücü bulanıqlığa səbəb olan hissəcikləri birləşdirir və onları bir yerə yığır. Birləşən hissəciklər ağırlaşır və aşağıya doğru çökməyə başlayır. Hovuzun döşəməsində sabit qalırlar.

İstifadə qaydası: Daimi istifadədə 100 m3 hovuz suyu üçün 750-1000 qr çökdürücü maye istifadə edilməlidir. Bu maddə 10% məhlul şəklində hazırlanır. Hovuz suyuna homogen şəkildə paylanaraq istifadə edilir. Kifayət qədər sirkulasiya olduqdan sonra nasos söndürülür və hovuz suyu bir neçə saat dincəlir. Sonra isə bu hissəciklər hovuz süpürgəsi ilə süpürülür.

Qeyd: Bu miqdar suyun mənbəyinə, sərtliyinə və istifadə olunma tezliyinə görə dəyişir.

İstehsalçı

Azərbaycan

Forması

Maye

Miqdar

5 litr