fbpx

Əlaqə məlumatları

img

3 önləyici filtr (sadə)

(0)
30.00 

3 önləyici filtr açıq tipli su filtrləri üçün nəzərdə tutulur. Bu filtrlər mexaniki təmizləmə funksiyasını yerinə yetirir. 3 önləyici su filtrinə bunlar aiddir: sediment (pambıq) filtr, xırdalanmış aktiv karbon (kömür) filtr və preslənmiş aktiv karbon filtr.

Sediment (pambıq) filtr – 5 mikron məsaməyə malik olur. Suyun tərkibindəki qum, palçıq və digər gözlə görünə bilən iri maddələri özündə saxlayır.

Xırdalanmış(GAC) aktiv karbon (kömür) filtr – toz halında olan aktivləşdirilmiş kömür dənəciklərindən ibarətdir. Bu filtrin əsas funksiyası suyun tərkibindəki xloru aradan qaldırmaqdır.

Preslənmiş(CTO) aktiv karbon filtr – preslənmiş halda olan aktiv karbon elementindən ibarətdir. Bu filtr isə suyun tərkibindəki xlor və digər halogenli birləşmələri, qoxunu, yağlılığı və rəngi aradan qaldırır.

 

Filtr növü

Açıq

Filtr sayı

3

İstehsalçı

Türkiyə

İstismar

6 ay

Zəmanət

6 ay