3 önləyici inline filtr qapalı tipli su filtrləri üçün nəzərdə tutulur. Bu filtrlər mexaniki təmizləmə funksiyasını yerinə yetirir. 3 önləyici inline su filtrinə bunlar aiddir: inline sediment (pambıq) filtr, inline xırdalanmış aktiv karbon (kömür) filtr və inline preslənmiş aktiv karbon filtr.
İnline sediment (pambıq) filtr – 5 mikron məsaməyə malik olur. Suyun tərkibindəki qum, palçıq və digər gözlə görünə bilən iri maddələri özündə saxlayır.
İnline xırdalanmış (GAC) aktiv karbon (kömür) filtr – toz halında olan aktivləşdirilmiş kömür dənəciklərindən ibarətdir. Bu filtrin əsas funksiyası suyun tərkibindəki xloru aradan qaldırmaqdır.
İnline preslənmiş (CTO) aktiv karbon filtr – preslənmiş halda olan aktiv karbon elementindən ibarətdir. Bu filtr isə suyun tərkibindəki xlor və digər halogenli birləşmələri, qoxunu, yağlılığı və rəngi aradan qaldırır.
Filtr növü | Inline |
---|---|
Filtr sayı | 3 |
İstehsalçı | Türkiyə |
İstismar | 6 ay |
Zəmanət | 6 ay |