fbpx

Əlaqə məlumatları

Ev şəraitində suyu necə təmizləmək olar?

Su bütün canlı orqanizmlər üçün həyati əhəmiyyət daşıyır. Həyat mənbəyi hesab olunan suyun çirkli olması isə sağlmaqlıq baxımından çox böyük fəsadlara yol açır. Bu halda çıxış yolu suyun təmizlənərək istifadə olunmasıdır. Bəs ev şəraitində suyu necə təmizləmək olar?

Bu sadə üsullar ev şəraitində suyunuzu təmizləməkdə köməyinizə çatacaq.

  1. Mexaniki üsul: Plastik qabın ağzını təmiz bir bezlə bağlayın. Sonra qabın iç tərəfindən təmiz kömür, qum və sıxılmış pambıq yerləşdirin. Tərsinə çevirərək suyu tökün. Süzülmüş su mexaniki olaraq təmizlənmiş olacaqdır.
  2. Qaynatma: Suyu qaynadaraq tərkibindəki bir çox zərərli orqanizmləri məhv etmək mümkündür. Qaynanmış suyu soyuduqdan sonra istifadə edə bilərsiniz. Bu üsul sadəcə mikroorqanizmlərə qarşı təsir göstərir.
  3. Xlorlama: Bu üsul suyun tərkibindəki zərərli maddələri aradan qaldırmaq üçündür. Evə gələn sular da eynilə bu formada xlorlama mərhələsindən keçir. Eyni prosesi xlor tabletləri alaraq evdə də icra edə bilərsiniz. Amma xlorun lazımından çox istifadə edilməsi çox böyük fəsadlar törədə bilər.
  4. Ultrabənövşəyi şüalar: Daha çox laboratoriyalarda tətbiq olunan bu üsulu müvafiq cihazları əldə edərək evinizdə də icra edə bilərsiniz. UV lampa suda olan zərərli mikroorqanizmləri aradan qaldırmaqda effektivdir.
  5. Kondensasiya: Su öncə buxarlandırılır, ardından buxar soyudularaq yenidən su halına qaytarılır. Bu halda sudan başqa bütün qeyri maddələr sudan təmizlənmiş olur. Nəzərə alın ki, bu üsulda zərərli maddələrlə yanaşı, xeyirli ola biləcək maddələr də tamamən yox edilir.
  6. Su filtri: Son zamanlar çox geniş yayılmış üsul olan su filtrləri mütəxəsisslər tərəfindən ən optimal variant kimi qiymətləndirilir. Belə ki, su filtrləri suyu öncə mexaniki mərhələdə, ardından bakterioloji səviyyədə təmizləyir. Suyun lazımlı olan mineral tərkibi isə bütün hallarda qorunur. Burada diqqət etməli olduğunuz məqam doğru məhsul seçimidir. Sertifikatlaşdırılmış və sağlamlıq standartlarına uyğun məhsul almalısınız

Təqdim etdiyimiz məhsullarla tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz.

Bir cavab yazın