Laçın şəhərində işğaldan sonra yeni yaşayış sahələri, evlər tikilir. Layihələri icra edən şirkətinin sifarişi əsasında, tikinti sahəsində çalışan işçilərin sağlam və təmiz suya sahib olması üçün günlük su təmizləmə gücü 2 m3 olan iki ədəd əks osmos cihazının quraşdırılmasını tamamladıq.
Əks osmos sistemləri önləyici filtrlərlə və 40×21 ölçülü membranla təchiz olunub. Bu sistemlər suyu yüksək keyfiyyətlə təmizləyərək işçilərin həm daha sağlam, həm də daha məhsuldar olmasına töhfə verəcək. Əks osmos texnologiyası su təmizləmədə ən təsirli üsullarından biridir və suyun tərkibindəki bütün çirkləndiriciləri tamamilə məhv edir. Laçın şəhərində həyata keçirilən bu layihə rayonda inkişafı sürətləndirməklə yanaşı, tikinti sənayesində təmiz suya olan tələbatın ödənilməsində nümunə olacaq.
Bu layihə haqqında daha ətraflı məlumat almaq və oxşar həllər üçün bu əlaqə formasını dolduraraq bizə müraciət edə bilərsiniz.
Video: https://www.youtube.com/shorts/Q9BNlpjDP2c
Həmçinin baxa bilərsiniz: Sənaye tipli su təmizləmə sistemləri nələrdir?
Həmçinin baxa bilərsiniz: Restoranlar üçün su təmizləmə həlləri