fbpx

Əlaqə məlumatları

Let’s talk

Get in touch

    Faq

    Hər sualına cavab tap.

    Su yumşaltma sisteminin funksiyası ion dəyişdirmə üsulu ilə ərp yaradan ionları sudan ayırmaqdır. Quraşdırılan şərait və suyun keyfiyyətindən asılı olaraq mexaniki təmizləmə filtri də əlavə oluna bilər. Beləcə, su iri maddələrdən və ərpdən tam azad olunur. İçməli su səviyyəsinə çatdırmaq üçün isə Əks-osmos(membran) texnologiyalı su filtri tətbiq olunmalıdır. Yumşaltma sistemindən çıxmış su əvvəlki suya nisbətən daha təmiz və yüngül olsa da tam içməli hesab olunmur.

    Mətbəx üçün nəzərdə tutulmuş qurğular əsasən 75-80 GPD gücündə membranlarla təchiz olunur. Bu membranlar gün ərzində maksimum 200-250 litrə qədər suyu təmizləmək gücündədir. Amma qurğunun çəni dolduqdan sonra membran su təmizləmə prosesini dayandırır. İstifadəçi hər dəfə kranı açıb müəyyən qədər su istifadə etdikdən sonra qurğu avtomatik işə düşərək çəni tam doldurur və dayanır.

    Yeniləmə müddəti filtrin funksiyasından və tipindən asılı olaraq dəyişir. 3 ədəd önləyici filtrləri qurğunun növündən asılı olaraq adətən 6,9,12 ay, membranı 18,24 ay, son karbon və mineral tipli filtrləri isə 12,18 aydan sonra yeniləmək lazımdır. Qeyd edilən müddətlər normal istismar qaydaları çərçivəsində keçərlidir. Əgər suda çirklilik çox və ya istifadə həcmi çox olarsa bu müddətlər dəyişkənlik göstərir.