fbpx

Əlaqə məlumatları

su filterinin üreyi ehtiyat hissələri

Su Filterlərinin Ürəyi: Ehtiyat Hissələri

Su filterlərinin evimizə gələn suyu təmizləyərək içməli vəziyyətə gətirdiyini artıq bilirik. Amma onu da unutmaq olmaz ki, bu təmizləmə prosesində cihazın içərisindəki filtrlər çirklənir və digər detallar da zamanla sıradan çıxır. Suyumuzun daim təmiz və güvənli olması üçün isə su filteri cihazımıza daim qulluq göstərilməli, sıradan çıxmaq üzrə olan ehtiyat hissələri yeniləri ilə əvəzlənməlidir.

Bəs su filterinin ehtiyat hissələri nələrdir və hansı hissə nə işə yarayır? Filtrləri neçə müddətdən sonra dəyişdirməliyik? Hansı ehtiyat hissələrini əldə etməliyəm?

 

Bu yazımızda bütün suallarınıza cavab tapacaqsınız.

 

Öncə su filterinin əsas ehtiyat hissələrinin nələr olduğuna və nə işə yaradığına qısaca baxaq.

3 önləyici filtrlər – Suda olan iri çirkləndiriciləri (qum, palçıq, toz vəs.), xlor və xlor birləşmələrini təmizləyən filtrlərdir. Bura daxildir: sediment filtr, xırdalanmış aktiv karbon və preslənmiş aktiv karbon filtrlər.

Membran – Suyun tərkibində olan ağır metalları, ərpi, zərərli virus və bakteriyaları təmizləyən əsas hissədir.

Son karbon filtr – Bu filtr suyun dadını, tamını və təravətini qorumaq üçündür. Tərkibində gümüş ionları mövcud olur.

Mineral filtr – Suyun mineral tərkibi stabilləşdirən filtr əlavəsi hesab olunur. Müxtəlif tərkibdə çeşidləri var.

 

Kran – təmiz suyu açıb istifadə etmək üçündür.

Çən – təmizlənmiş suyu ehtiyatda toplamaq üçündür.

Gidrofor – giriş suyunun təzyiqini lazımi qədər artırmaq üçün istifadə olunur.

Adaptor – cihazı elektrik şəbəkəsinə qoşmaq üçündür.

Alçaq təzyiq svitçi – su təzyiqi az olduqda gidroforu dayandıraraq qoruyur.

Yüksək təzyiq svitçi – ehtiyat çəndə su azaldıqda gidroforu işə salır.

Shut off valf – çən dolu olduqda, tullantı suyu kəsir və su təmizləyicini dayandırır.

Flow – kanalizasiyaya gedən tullantı suyu nizamlayır.

 

Cihazların növlərindən asılı olaraq digər fərqli ehtiyat hissələr və detallar da ola bilər. Su filterinin ehtiyat hissələri və qiymətlərinə buradan baxa bilərsiniz.

 

Gələk filtrlərin dəyişdirilməsinə. Əvvəlcədən qeyd edək ki, filtrlərin dəyişim vaxtı cihazın növündən, filtrlərin həcmindən, su istifadəsindən və ərazidəki suyun çirklilik səviyyəsinə görə dəyişir.

Starndart bir su filterinin adi şəbəkə suyuna qoşulduğunu və 4-6 nəfərlik bir ailənin istifadə etdiyini nəzərə alsaq, filtrlərin dəyişim cədvəli belə olar:

 

3 önləyici filtrlər 6 ay
Membran 24 ay
Son karbon filtr 12 ay
Mineral filtr 18 ay

 

Digər detallar isə sıradan çıxmadıqca dəyişdiriməsi vacib deyil. (Flow isə istisnadır. Membran yeniləndikdə hər dəfə flowu da dəyişdirmək məsləhət görülür).

Ehtiyat hissə seçimi edərkən isə su filterinizin üzərində gələn orijinal detalları əldə etməyə çalışın. Əksər hallarda cihazı aldığınız şirkət sizə həm ehtiyat hissə təminatı, həm də daimi servis öhdəliyi götürür.

 

Bu yazımız da sizin üçün maraqlı ola bilər: Su Filteri Alarkən Nələrə Diqqət Etməliyik?