fbpx

Əlaqə məlumatları

su filteri servisi

Su filtrlərinə qulluq necə olmalıdır?

Artıq demək olar ki, hər kəs içməli suya sahib olmaq üçün su filtrlərinin köməyindən yararlanır. Bu qurğular suyu təmizləyir, amma eyni zamanda çirkləndiriciləri də üzərində topladığına görə bir müddət sonra öz funksiyasını yerinə yetirə bilmir. Belə olan halda su təmizləyicinin filtrləri yeniləri ilə əvəz olunmalıdır.

 

Bəs su filtrlərinə qulluq necə olmalıdır və nələrə diqqət etməliyik?

 

  1. Filtrləri vaxtında dəyişmək

Filtrlərin istifadə müddəti cihazın parametrlərindən, istifadə tezliyindən və suyun keyfiyyətindən asılı olaraq dəyişə bilər. Ümumiyyətlə isə önləyici filtrlərin ən geci 6-9 aydan, membranın 2-2,5 ildən digər filtrlərin isə 12-18 aydan bir yenilənməsi məsləhət görülür.

 

  1. Ehtiyat hissələrin keyfiyyəti

Su təmizləyici qurğulara texniki xidmət zamanı ehtiyat hissələrinin keyfiyyəti də vacibdir. Əldə edilən filtrlər və digər detallar qurğunun xüsusiyyətləri ilə üst-üstə düşməlidir. Unutmayın ki, yeni qoyulmuş filtrlərin də ən azı əvvəlkilər qədər istifadə edilməsi mümkün olmalıdır.

Həmçinin bax: Su filtri üçün ehtiyat hissələri

 

  1. Təhlükəsizlik yoxlanışı

Su filtrlərinin servisi zamanı digər hissələrin də təhlükəsizliyi yoxlanılmalıdır. Məsələn, bütün bağlantı nöqtələrinin, boruların və gidroforun düzgün işləməsindən əmin olmaq lazımdır. Filtrlərin düzgün qoşulduğundan, su sızmasının olmadığından və suyun keyfiyyətinin normal olmasından əmin olduqdan sonra servisi başa çatdırmaq olar.

 

  1. Su filtrlərində nasazlıq əlamətləri

Su filtrlərində problem olduqda bəzi əlamətlər bunu açıq şəkildə göstərir. Məsələn, su axını yavaşlayır, suyun dadı və ya qoxusu dəyişir, cihazın su təmizləmə gücü azalır və ya cihazın gidroforu durmadan işlək qalırsa, bu, problem olduğundan xəbər verir. Bu cür simptomlar aşkar edildikdə, qurğunun təmiri üçün xidmət təminatçısı ilə əlaqə saxlamaq lazımdır.

 

Aşağıdakı videoda texniki servis nümayəndəmiz su filtrlərində nasazlıq əlamətləri haqqında sizə ətraflı məlumat verib. Onu da izləməyinizdə fayda var!

Həmçinin bax: Suyun təmizliyini necə yoxlamaq olar?

Həmçinin bax: Su filtrinin quraşdırılması necə olmalıdır?