fbpx

Əlaqə məlumatları

giris xette su filtri

Evin su girişi üçün təmizləmə sistemləri hansılardır?

Evlərdə ən çox yaranan problemlər qumlu, palçıqlı, xlorlu su və ən əsası ərpləşmədir. Ərpləşmə suyun yüksək codluğa malik olmasında qaynaqlanan problemdir. Amma istənilən halda bu cür çirkləndiriciləri aradan qaldırmaq üçün su təmizləmə sistemi mövcuddur.

 

Bəs evin su girişi üçün hansı su təmizləmə sistemini əldə etməliyik?

Burada əsas məsələ hansı çirkləndiricilərin problem yaratdığını və bunun hansı səviyyədə olmasını təyin etməkdən başlayır.

Evin giriş su xətti üçün aşağıdakı təmizləmə sistemləri mövcuddur:

  • Əks Osmos (RO): Suyun membran vasitəsilə təzyiqlə təmizlənməsi prosesidir. Beləliklə, suda olan çirkləndiricilər və bakteriyalar membrandan keçmir və su təmizlənmiş şəkildə yığılır. Bu formada təmizləmədə bütün ev içməli su təmin edilmiş olur.

 

  • Mexaniki filtrlər: Mexaniki filtrlərin müxtəlif variantları olur. Suda olan problemdən asılı olaraq iri maddələri təmizləmək, xloru aradan qaldırmaq kimi funksiyaları bu filtrlər yerinə yetirə bilər. Sediment, aktiv karbon, antibakterial iplər, polifosfat kimi təmizləyici kartricləri bu sistemlərin daxilində yerləşdirmək mümkündür.

 

  • Su yumşaltma sistemləri: Su yumşaltma sistemləri evlərin su girişi üçün istifadə olunan ən effektiv təmizləmə sistemlərindən biridir. Yumşaltma sistemləri ion dəyişdirmə üsulu ilə suda olan codluğu aradan qaldırır və ərpləşmənin qarşısını alır. Adətən önləyici olaraq mexaniki filtrlər də quraşdırılır ki, suda olan iri maddələr də təmizlənmiş olsun.

 

Seçim edərkən unutmayın ki, hər bir su təmizləmə sistemi suyun çirklənmə səviyyəsinə və evin su ehtiyacına görə dəyişə bilər. Ən uyğun sistemi seçmək üçün suyun analizini aparmaq və bir mütəxəssis ilə məsləhətləşmək tövsiyə olunur.

Buradan keçid edərək müştəri dəstəyi komandamızdan yardım ala və ehtiyacınız olan su təmizləmə sistemini dəqiqləşdirə bilərsiniz.