“İCEBERG AQUA TREATMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq istifadəçilərimizin bölüşdüyü məlumatların gizliliyi və təhlükəsizliyi bizim üçün önəmlidir. Bizimlə bölüşdüyünüz məlumatların və dataların harada, hansı məqsədlərlə istifadə olunacağı haqqında sizi məlumatlandırırıq.
Şəxsi məlumatlarınızın emalının məqsədi
Məqsədimiz təklif etdiyimiz xidmətlərin tələblərini ən yaxşı şəkildə yerinə yetirmək, bu xidmətlərdən maksimum səviyyədə istifadə edə bilmənizi təmin etmək, xidmətlərimizi ehtiyaclarınıza uyğun inkişaf etdirmək və sizi daha geniş xidmət təminatçıları ilə bir araya gətirməkdir.
Bizimlə paylaşdığınız şəxsi məlumatlarınız;
Fəaliyyətimizi həyata keçirmək üçün aldığımız və ya xidmət göstərdiyimiz, müqavilə münasibətlərində olduğumuz, əməkdaşlıq etdiyimiz üçüncü şəxslərə, ölkə daxilində və xaricdə olan qurum və təşkilatlara, habelə məhkəmə və inzibati orqanlara, zəruri texniki və inzibati tədbirlərin görülməsi şərti ilə verilə bilər.
Şəxsi məlumatları emal edilən şəxs kimi hüquqlarınız
- Şəxsi məlumatların emal edilib-edilmədiyini öyrənmək
- Əgər şəxsi məlumatlar işlənilibsə, bu barədə məlumat tələb etmək
- Fərdi məlumatların işlənməsinin məqsədini və onların məqsədinə uyğun istifadə edilib-edilmədiyini öyrənmək
- Şəxsi məlumatların ölkə daxilində və ya xaricdə ötürüldüyü üçüncü şəxsləri bilmək
- Şəxsi məlumatların natamam və ya düzgün işlənilməməsi halında düzəliş edilməsini tələb etmək
- Şəxsi məlumatların silinməsini və ya məhv edilməsini tələb etmək
- 5-ci və 6-cı bəndlərə uyğun olaraq aparılan əməliyyatlar barədə şəxsi məlumatların ötürüldüyü üçüncü şəxslərə bildirişin verilməsini tələb etmək
- Şəxsi məlumatların qeyri-qanuni emalı nəticəsində itirildiyi təqdirdə dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir
- İstifadə olunmuş məlumatların avtomatlaşdırılmış sistemlər vasitəsilə təhlil edilərək şəxsin özünə qarşı istifadə edilməsinə etiraz etmək.
Yuxarıda qeyd olunan hüquqlarınızı həyata keçirmək üçün [email protected] vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Qüvvədədir: 16 noyabr 2022-ci il tarixindən etibarən, şərtlərin dəyişdirilməsi barədə qurumun məlumat vermə hüququ qorunur.